Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” hücumda əla oynadı” - Çerçesov

“Qarabağ” hücumda əla oynadı” - Çerçesov

Tarix: 10 Avqust 2022 07:28

Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, rusiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan (ilk oyun 1:1) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq. Səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil. Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq".
 
59 yaşlı baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil: "Hətta deyərdim ki, belə oyunlıar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik".
 
O, "Qarabağ"ın çox güclü komanda olduğunu vurğulayıb: "Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır".


Etiketlər:  Qarabağ hücumda əla oynadı Çerçesov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ