Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib" - Ukrayna Baş Qərargahı

Tarix: 10 Avqust 2022 11:38

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 800 hərbçisi məhv edilib".

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 832 tank, 4 086 zirehli döyüş maşını, 971 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 766 PUA, 185 qanadlı raket, 15 gəmi, 3005 avtomobil texnikası və avtosistern, 89 xüsusi texnikadan ibarətdir.

Qeyd olunub ki, son sutkada Rusiya Silahlı Qüvvələri 9 təyyarəsini itirib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Milli.Az


Etiketlər:  Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ