Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada 80 ilin ən güclü leysanı: Ölən və itkin düşənlər var - VİDEO

Cənubi Koreyada 80 ilin ən güclü leysanı: Ölən və itkin düşənlər var - VİDEO

Tarix: 10 Avqust 2022 14:16

Cənubi Koreyanın paytaxtı Seulda və ona bitişik ərazilərdə son 80 ilin ən güclü leysanı nəticəsində yeddi nəfər həlak olub, daha altı nəfər itkin düşüb. Bundan başqa, doqquz nəfərin xəsarət aldığı bildirilir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Leysan səbəbindən dəmiryolu əlaqəsi kəsilib, bir neçə metro stansiyası su altında qalıb, yollar bağlanıb.

Cənubi Koreyanın Meşə Xidməti ölkə üzrə 47 şəhər və rayon üçün sürüşmə xəbərdarlığı edib.


Etiketlər:  Cənubi Koreyada ilin güclü leysanı Ölən itkin düşənlər VİDEO


RƏYLƏR