Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da yaşayış evində partlayış: 3 ölü

ABŞ-da yaşayış evində partlayış: 3 ölü

Tarix: 11 Avqust 2022 07:16

ABŞ-ın Evansvill şəhərində (İndiana ştatı) yaşayış evində partlayış baş verib.

Bu barədə "CNN" telekanalına yanğınsöndürmə rəisi Mayk Konnelli deyib.

Onun sözlərinə görə, yanğın nəticəsində azı 3 nəfər həlak olub. "Başqa qurbanlar da ola bilər, axtarışları hələ başa çatdırmamışıq", - deyə M.Konnelli bildirib.

O əlavə edib ki, partlayış nəticəsində 39 evə zərər dəyib.

Partlayışın səbəbi məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.


Etiketlər:  ABŞ yaşayış evində partlayış ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ