Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocavənddə ermənilərin ''Mİ-8'' helikopterinin qalıqları aşkarlandı - FOTO

Xocavənddə ermənilərin ''Mİ-8'' helikopterinin qalıqları aşkarlandı - FOTO

Tarix: 11 Avqust 2022 18:46

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib. 

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən bildirilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.


Etiketlər:  Xocavənddə ermənilərin helikopterinin qalıqları aşkarlandı FOTO


RƏYLƏR