Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA -SİYAHI

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA -SİYAHI

Tarix: 11 Avqust 2022 21:34

Bakıda 5 məhbus həbsdə ölüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.


Etiketlər:  Bakıda həbsxanada məhkum niyə ölüb RƏSMİ AÇIQLAMA SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ