Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Tarix: 13 Avqust 2022 12:34

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasi­tələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, avqust ayının 12-də saat 14:30-da Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmişdir. Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilmiş 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram "tiryək", 13 kq 505 qram "marixuana") aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ