Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Helikopterlə havaya qalxdıqdan sonra yoxa çıxan Buzova tapılıb

Helikopterlə havaya qalxdıqdan sonra yoxa çıxan  Buzova tapılıb

Tarix: 13 Avqust 2022 21:22

Helikopterlə dağlara uçan və bir gün əlaqə qurulmayan rusiyalı müğənni və teleaparıcı Olqa Buzovadan xəbər var.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ifaçının hazırda otellərin birində dincəldiyi məlum olub.

Bildirilir ki, dağlıq ərazidə rabitə problemi yarandığından Buzova ilə əlaqə itib. İfaçını istirahət yerinə çatdıran helikopter bazaya qayıdıb.

Qeyd edək ki, daha əvvəl Buzovanın PR meneceri Anton Boqoslavski onun yoxa çıxdığını açıqlamışdı.

Milli.Az


Etiketlər:  Helikopterlə havaya qalxdıqdan sonra yoxa çıxan Buzova tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ