Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elm adamları COVID-dən sonra dad və qoxunun geri dönəcəyinə zəmanət vermədilər

Elm adamları COVID-dən sonra dad və qoxunun geri dönəcəyinə zəmanət vermədilər

Tarix: 14 Avqust 2022 12:54

"COVID-19 keçirənlərdə fəsadlardan biri olan dad və ya qoxu itkisinin nə vaxtsa bərpa olunacağını söyləmək hazırda çətindir".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu açıqlamasında Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Elmi-Tədqiqat İnstitutunun Kliniki-analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib.

Onun sözlərinə görə pandemiyadan əvvəlki dövrdə də əhalinin 1,5%-nin qoxu ilə bağlı problemləri olub - 50 yaşdan sonra əhalinin 50%-dən çoxu, 80 yaşdan sonra isə 80%-dən çoxu bunu hiss edir.

"Buna görə də, hər hansı bir insanın COVID-19-dan əvvəl bu pozğunluqlara meyilli olubsa, yoluxmadan sonra belə pozuntular onda qeyri-müəyyən müddətə davam edə bilər", - deyə o, izah edib.

O, vurğulayıb ki, postkovid sindromu risk qrupuna daxil olan və yoluxmanı daha ağır keçirən insanlarda daha çox rast gəlinsə də, xəstəliyi yüngül keçirmiş gənclərdə də istisna deyil.

Qeyd edək ki, daha əvvəl italiyalı tədqiqatçılar araşdırmalara əsaslanaraq koronavirusa yoluxan hər iyirminci insanda bir daha heç vaxt qoxu və dad hissinin qayıtmaya biləcəyini demişdilər. Bunu rusiyalı mütəxəssislər də təsdiqləyiblər.


Etiketlər:  adamları COVID dən sonra qoxunun geri dönəcəyinə zəmanət vermədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ