Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə birmərtəbəli ev yanaraq külə dönüb

Şəmkirdə birmərtəbəli ev yanaraq külə dönüb

Tarix: 14 Avqust 2022 23:02

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları yanıb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Şəmkirdə birmərtəbəli ev yanaraq külə dönüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ