Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''u vaxtından əvvəl tərk edə bilər – Ronaldo məyusdur

''Yuventus''u vaxtından əvvəl tərk edə bilər – Ronaldo məyusdur

Tarix: 18 Aprel 2019 14:12

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunu vaxtından əvvəl tərk edə bilər.

Qol.az-ın xəbərinə görə, "La Repubblica" yazıb ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/4 finalında "Ayaks"a məğlub olaraq mübarizəni dayandırdıqdan sonra çox məyus olub. 34 yaşlı hücumçunun bu mövsümün sonu klubu tərk etməyəcəyi vurğulanıb. Ancaq onun 2020-ci ilin yayında "Yuventus"da ayrılmağa hazır olduğu bildirilib.

Qeyd edək ki, Ronaldonun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.

Xatırladaq ki, son 5 ildə 4 dəfə ÇL-in kubokunu qazanan portuqaliyalı futbolçu 9 ildən sonra ilk dəfə yarımfinalda oynamayacaq.

 


Etiketlər:  Yuventusu vaxtından əvvəl tərk edə bilər Ronaldo məyusdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ