Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 08:05
Müğənni Günel Zeynalova türk musiqisinin imperatoru İbrahim Tatlısəs ilə bağlı paylaşım edib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, müğənni sosial şəbəkə hesabında sənətkarın restoranların birində səhnə aldığı videosunu yayıb.
Sözügedən görüntülərdə Tatlısəsin çıxışı zamanı Azərbaycandan və Zeynalovadan söz açdığı kadrlar əks olunub.
"Güneli də sevirəm, Azərbaycana da sayğılar. Bilirsiniz ki, iki bayraq, tək millətdir" - deyə İbrahim Tatlısəs bildirib.
G.Zeynalova İ.Tatlısəsin bu fikirlərinə "Mənəvi atam, mən də səni çox sevirəm. İki dövlət, bir millətik. Yaxşı ki, yollarımız kəsişib" sözləri ilə qarşılıq verib.