Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - SƏBƏB?

Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - SƏBƏB?

Tarix: 26 Sentyabr 2019 11:46

Bakı. Samir Əli - Trend:

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Trend-in məlumatına görə, məhkəmənin təxirə salınmasına səbəb F.Qəhrəmanlı və vəkilinin iclasa gəlməmələri olub.

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə zorakılıq, təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ