Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyalı ulduz “Mançester Yunayted”də

Braziliyalı ulduz “Mançester Yunayted”də

Tarix: 19 Avqust 2022 23:54

Mançester Yunayted yarımmüdafiəçi Kasemironun transferi üçün Madrid "Real"ı ilə razılığa gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Premyer Liqa klubundan məlumat verilib.

Qeyri-rəsmi məlumatlara görə, 30 yaşlı braziliyalı mankunianlarla şəxsi müqavilənin şərtlərini müzakirə etməli olacaq.

Futbolçunun tibbi müayinədən keçmək üçün yaxın 24-48 saat ərzində İngiltərəyə uçacağı gözlənilir. Kazemiro bir illik uzadılma opsiyalı 4 illik müqavilə imzalayacaq.

Onun transferi üçün "Kral klubu"na 70 milyon avro ödəniləcək.

Milli.Az


Etiketlər:  Braziliyalı ulduz Mançester Yunayteddə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ