Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xamanın gözlənilməz faydası tapıldı

Xamanın gözlənilməz faydası tapıldı

Tarix: 20 Avqust 2022 21:27

Xama yağlı olduğu üçün çox hallarda orqanizm üçün zərərlidir deyə düşünülür.

Milli.Az medicina.az-a istinadən bildirir ki, amerikalı həkim dietoloq Loren Manaker xamanın faydalarını açıqlayıb.

"Turş süd məhsulları bütün orqan və sistemlərə faydalıdır. Süd yağ turşusu damarların sağlamlığını təmin edir.

Xama da belədir. Hətta ən kişik pors xama uzun müddət insanı tox tutur, bu ərzaqda çoxlu laktobakteriyalar var, onlar da bağırsaq mikroflorasını yaxşılaşdırır, nəticədə immun sistem zəifləmir.

Bir çox elmi tədqiqatlar göstərib ki, süd yağı ürək-damar xəstəlikləri riskini də azaldır.

Sadəcə bu qidaları laktoza dözümsüzlüyü olan insanlar ehtiyatla qəbul etməlidir.

Çox xama yedikdə köp, mədə pozulması baş verə bilər.

Gündə 20-30 qram təmiz xama yemək sağlamlıq üçün faydalıdır".

Milli.Az


Etiketlər:  Xamanın gözlənilməz faydası tapıldı


RƏYLƏR