Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2022 16:44
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, "Sabah" - "Neftçi" matçında bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.
Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.
Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün "Gənclərbirliyi" - "Şahdağ" görüşündə də qonaqlar cəzalanıb.
2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sabah" "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.