Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' cərimələndi - Qrizmanna görə

''Barselona'' cərimələndi -  Qrizmanna görə

Tarix: 26 Sentyabr 2019 18:32

İspaniya Futbol Federasiyası “Barselona”nı cəzalandırıb.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, federasiya mart ayında Antuan Qrizmannla danışıqlara başlayan Kataloniya klubunu 300 avro məbləğində cərimələyib. Qurum həmin vaxt “Atletiko”nun şərəfini qoruyan futbolçu ilə aparılan danışıqların qeyri-qanuni olduğunu bildirərək, bu qərarı verib.

Madrid klubu fransalı futbolçunun “Barselona”ya keçidindən sonra bu transferdə qayda pozuntusunun olduğunu iddia edərək, qarşı tərəfi məhkəməyə vermişdi. İddiaya görə, “Barselona” hücumçu ilə mart ayında razılığa gəldiyi üçün Madrid klubuna 120 milyon deyil, 200 milyon avro ödəməlidir. Qrizmannın qiyməti iyunun 30-dan 200 milyon avrodan 120 milyon avroya düşmüşdü.

 

 


Etiketlər:  Barselona cərimələndi Qrizmanna görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ