Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Türkiyə Krımın ilhaqını tanımır” - Ərdoğan

“Türkiyə Krımın ilhaqını tanımır” - Ərdoğan

Tarix: 23 Avqust 2022 21:40

"Krımın Ukraynaya ekstradisiyası beynəlxalq hüququn tələbidir".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Krım Platformasının onlayn Liderlər Zirvəsinə videomüraciətlə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin Krımın ilhaqını tanımadığını, bu addımın qeyri-qanuni olduğunu vurğulayan Ərdoğan ilk gündən bunu açıq şəkildə müdafiə etdiyini qeyd edib və deyib:

"Bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir. Krımın Ukraynaya qaytarılması mahiyyətcə beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir. Krımın yerli xalqları arasında olan Krım-tatar soydaşlarımızın təhlükəsizliyinin və rifahının təmin edilməsi də Türkiyənin prioritetləri sırasındadır. Krım-tatar vətəndaşlarımız Krımdakı hadisələrin yaxın izləyiciləridir".


Etiketlər:  Türkiyə Krımın ilhaqını tanımır Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ