Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Beşiktaş"dan yeni transfer

Tarix: 23 Avqust 2022 23:40

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi "Sivasspor"dan Kerem Atakan Kesgini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Kerem Atakan Kesgin "Sivasspor"a 2020-ci ilin yayında "Göztepe"dən transfer olunmuşdu. O, son mövsümdə 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Beşiktaşdan yeni transfer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ