Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya bazarında dənli bitkilərin qiyməti sabitləşib

Dünya bazarında dənli bitkilərin qiyməti sabitləşib

Tarix: 25 Avqust 2022 08:24

Ukraynadan dənli bitkilərin ixracına başlanması dünya bazarında tarazlığın yaranmasına səbəb olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Departamentin məlumatında göstərilir ki, mayda Avropa bazarında taxılın 1 tonunun qiyməti 440 avroya çatmışdı. Bu da ötənilkindən 2 dəfə baha idi. Bu həftə isə qiymət 330 avroya enib.

Bununla belə, qiymətlər hələ də yüksək olaraq qalır. Səbəb gübrə, enerji daşıyıcıları və nəqliyyat xərclərinin yüksək olmasıdır. Rusiyada bu mövsümdə taxılın məhsuldarlığı yüksək olsa da, ixrac problemləri həll edilməyib. Federasiyada 88 milyon ton taxıl biçini planlaşdırılır.

Ukrayna taxılının ixracı iyulun 22-də İstanbulda imzalanmış razılaşma əsasında mümkün olub. Artıq dəniz yolu ilə Ukraynadan 722 min tonadək dənli bitki daşınıb.


Etiketlər:  Dünya bazarında dənli bitkilərin qiyməti sabitləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ