Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda selə görə 900-dən çox insan öldü

Pakistanda selə görə 900-dən çox insan öldü

Tarix: 25 Avqust 2022 13:08

Pakistanda son 2 ayda 900-dən çox insan sel daşqınlarında ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi açıqlama yayıb.

Daşqınlar zamanı azı 903 nəfərin öldüyü, 1293 nəfərin yaralandığı bildirilir.

Musson yağışları nəticəsində 500 mindən çox ev dağılıb. Ən çox zərərin ölkənin şərqindəki Pəncab və cənubundakı Sind vilayətində qeydə alındığı bildirilir.


Etiketlər:  Pakistanda selə görə dən çox insan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ