Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 21:03
Ağız boşluğu və qida borusu arasında olan mədə-bağırsaq sisteminin yuxarı hissəsi udlaq (lat. pharynx) adlanır.
Faringit udlağın iltihabıdır. Faritgit zamanı udlağın selikli qişası və limfa toxuması iltihablaşır.
Əksər hallarda faringitin səbəbi müxtəlif viruslar olur (adenovirus, rinovirus, paraqripp virusu və s.). Kəskin faringit adətən istənilən respirator infeksiya fonunda inkişaf edir. Nadir hallarda faringitin səbəbi bakteriya və göbələk olur.
Faringitin simptomları arasında:
- boğaz ağrısı
- boğazda qaşınma, göynəmə hissi
- boğazda quruluq
- hərarətin artması
- boğazda limfatik düyünlərinin böyüməsi.
Faringitin simptomları angina və laringitin (qırtlağın iltihabı) simptomlarına bənzəyir. Bu xəstəliklərin müalicəsi müxtəlifdir. Belə ki, angina zamanı adətən antibiotiklərdən istifadə olunur, faringit və laringit zamanı isə əksinə adətən antibiotiklərdən istifadə olunmur. Bu səbəbdən dəqiq diaqnoz qoymaq üçün mütləq LOR-həkiminə müraciət etmək lazımdır. Həkim xəstəni müayinə edəcək və lazım olduqda boğazdan yaxma götürəcək.
Kəskin faringit mütləq müalicə olunmalıdır. Müalicə olunmadıqda faringit xroniki formaya keçə bilər. Xroniki faringitin digər səbəbləri arasında: yuxarı tənəffüs orqanlarının xroniki infeksiyaları və udlağın selikli qişasının xroniki qıcıqlanması. Bu qıcıqlanmanın səbəbi spirtli içkilərin qəbulu, toz, müxtəlif kimyəvi maddələr (boya və s.) ola bilər. Xroniki faringit zamanı simptomlar daha az ifadə olunur - xəstə boğazda quruluq və qaşınma hiss edir, xəstədə quru üzücü öskürək olur.
Faringitin müalicəsi onun səbəbindən asılıdır. Səbəbi isə yalnız həkim təyin edə bilər. Əksər hallarda faringitin səbəbi viruslar olur. Viruslu faringitin müalicəsində antibiotiklər istifadə olunmur. Antibiotiklər viruslara təsir etmir. Xəstəyə qarqara, inhalyasiyalar, sprey şəklində dərmanlar, xüsusi müalicəvi sorma həbləri təyin olunur.
Faringit zamanı çoxlu maye qəbul etmək lazımdır. Həkimlər ilıq süd, çay moruq mürəbbəsi ilə, çobanyastığı və adaçayı dəmləmələri tövsiyə edir. Faringit zamanı çox isti, soyuq, quzlu, turş, ədviyyatlı qidaları qəbul etmək, isti və suyuq içkiləri, spirtli içkiləri içmək olmaz. Siqaret çəkməkdən də imtina etmək lazımdır. Bütün bunlar udlağı qıcıqlandırır ki, xəstə daha gec sağalır.
Faringitin səbəbi hər hansı bakteriya olarsa, bu halda antibiotiklər təyin olunur. Bəzən faringitin səbəbi göbələk olur. Bu halda göbələkəleyhinə vasitələrdən istifadə olunur.