Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 23:54
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Tvitterdə yazıb.
"Baydenə Ukrayna xalqına maddi və hərbi dəstəyə görə təşəkkür etdim. Ukraynanın qələbə üçün atmalı olduğu növbətti addımları müzakirə etdik" - deyə Zelenski bildirib.
ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə növbəti hərbi yardım tranşını müzakirə edib.
Bu barədə AĞ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.
Sözçü bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım tranşını və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.