Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya patriarxı LGBT-yə savaş açdı - “Qadağan olunmalıdır”

Rusiya patriarxı LGBT-yə savaş açdı - “Qadağan olunmalıdır”

Tarix: 26 Avqust 2022 23:48

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Dövlət Dumasının sədri Vyaçeslav Volodinə qeyri-ənənəvi cinsi əlaqələri təbliğ edən informasiyaları qadağan edən qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi təklifi ilə çıxış edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Dumanın Teleqram kanalı məlumat yayıb.

"Patriarx Kirill Vyaçeslav Volodinə qeyri-ənənəvi cinsi əlaqələri təbliğ edən informasiyaları qadağan edən qanun layihəsinin ictimai müzakirəsini təşkil etmək təklifi ilə müraciət edib. Müraciətində patriarx federal qanun layihəsini, bunun aktuallığını müsbət qiymətləndirib və bu təşəbbüsü dəstəkləyib", məlumatda bildirilir.

İyulun 18-də bir qrup deputat Dövlət Dumasına "qeyri-ənənəvi münasibətləri təşviq edən və ailə dəyərlərinin inkarının təbliğini əks etdirən informasiyalar"ın tamamilə qadağan olunması barədə qanun layihəsi təqdim edib.

Milli.Az


Etiketlər:  Rusiya patriarxı LGBT savaş açdı Qadağan olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ