Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünü internetdə qız kimi təqdim edib milyonçu kişini soydu

Özünü internetdə qız kimi təqdim edib milyonçu kişini soydu

Tarix: 28 Avqust 2022 11:20

Yaponiyanın Saqa prefekturasının sakini tanışlıq tətbiqində özünü qadın kimi təqdim edən fırıldaqçının qurbanı olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, həmin şəxsə ümumilikdə 100 milyon yen (730 min dollardan çox) pul köçürüb.

40 yaşlı yaponla fırıldaqçının onlayn söhbətləri üç həftə davam edib. Virtual söhbət zamanı özünü qadın kimi təqdim edən dələduz kişini valyuta birjasında ticarətə investisiya qoymağa razı salıb.

Ümumilikdə, kişi 12 müxtəlif bank hesabına 17 pul köçürməsi edib.

Nəhayət, kişi şübhələnərək polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları fırıldaqçının kimliyini müəyyənləşdirməyə və onu tapmağa çalışır.


Etiketlər:  Özünü internetdə qız kimi təqdim edib milyonçu kişini soydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ