Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 16:20
"Def Con" konfransı çərçivəsində Maykl Qrover adlı haker qeyri-adi qurğu təqdim edib. O, öz ixtirasını "O.MG Elite" kabeli adlandırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tərtibatçının sözlərinə görə, bu cihaz daxili veb-server, USB enerjisi, Wi-Fi çıxışı və keylogger ilə təchiz olunub.
"O.MG Elite" sizə istənilən kompüterləri və smartfonları "sındırmağa", daha sonra onların işinə nəzarət etməyə, düymələrin basılmasını simulyasiya etməyə və ya əmrlər daxil etməyə imkan verir.
Kabel 180 dollara başa gəlir. Onun "Lightning", USB-A və USB-C versiyaları var. Kabel "Windows", "macOS", iOS və "Android" əməliyyat sistemlərini "sındırmaq" üçün istifadə edilə bilər.