Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 22:26
"Qəbələ" - "Sabah" oyununda insident baş verib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, hadisə qonaqların 64-cü dəqiqədə vurduğu 2-ci qoldan sonra yaşanıb.
Qalmaqalın yaşanmasına səbəb Coy-Lens Mikelsin qolundan sonra qonaqların sevinci rəqib azarkeşlərin önündə qeyd etməsi olub. Buna əsəbləşən Ruan Renato və Rafael Utziq "Sabah"ın oyunçularının üzərinə şığıyıb. Nəticədə futbolçular bir-birlərinə qarşı aqressiv davranıblar. Ev sahiblərinin əsas narazılığı isə yarımmüdafiəçi Aleksey İsayevə olub.
Ara sakitləşdikdən sonra isə baş məşqçi Əliyar Ağayev adları sadalanan oyunçular da daxil olmaqla bir neçə futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə "Sabah" 2:0 hesabı ilə öndədir.