Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 14:52
Münhendə yeddi yaşlı qız otel bağçasında faciəvi şəkildə ölüb - 200 kiloqramlıq heykəl uşağın üzərinə düşüb.
Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.
Valideynləri ilə birlikdə İtaliyadan ailəvi istirahətə gələn Laviniya Trematerranın otelin həyətində oynadığı qeyd edilib. Qəfildən otelin qonaqları yüksək səs eşidib və uşağın abidənin altında qaldığını görüblər.
Hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, lakin abidənin düşməsindən sonra aldığı xəsarətlərdən qız xəstəxanada dünyasını dəyişib.
Hazırda hadisənin baş vermə səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır. Bildirilir ki, heykəl 20 ilə yaxın postament üzərində dayanıb.
İrfan Vəliyev