Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldodan antirekord

Ronaldodan antirekord

Tarix: 27 Sentyabr 2019 14:52

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo antirekorda imza atıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu A Seriyasında cərimə zərbələrindən ən çox uğursuz istifadə edən ikinci futbolçu olub. O, 18 cərimə zərbəsinin heç birini qola çevirə bilməyib. Bundan sonra komandanın baş məşqçisi Maurisio Sarrinin cərimə zərbələrini Ronaldoya yox, Miralem Pyaniçə həvalə edəcəyi iddia edilir.

Qeyd edək ki, A Seriyasında bu antirekorda görə birinci yeri 24 uğursuz zərbə ilə “Frosinone”nun futbolçusu  Kamillo Siano tutur.

 


Etiketlər:  Ronaldodan antirekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ