Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evinə daxil olmaq istəyəni güllələyərək öldürdü - VİDEO

Evinə daxil olmaq istəyəni güllələyərək öldürdü - VİDEO

Tarix: 31 Avqust 2022 19:42

ABŞ-ın Ohayo ştatında ev sahibinin öz mülkünü qorumaq üçün başqa bir şəxsi öldürməsi müşahidə kameraları tərəfindən lentə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Ceyms Rayl keçmiş sevgilisinin evinə daxil olmağa cəhd edib.

Bu məqsədlə o, fərdi yaşayış evinin giriş qapısını sındırmağa çalışıb.

Lakin bu zaman qızın atası Mitç Dakro odlu silahla Ceymsə üç dəfə atəş açıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında vətəndaşlara silah almağa və gəzdirməyə icazə verilir. Həmçinin, yerli qanunlara görə, insan ondan özünümüdafiə və ya əmlakını, o cümlədən evini qorumaq üçün istifadə edə bilər.


Etiketlər:  Evinə daxil olmaq istəyəni güllələyərək öldürdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ