Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın iş otağına kamera qoydu və dəhşətə gəldi

Qadın iş otağına kamera qoydu və dəhşətə gəldi

Tarix: 1 Sentyabr 2022 04:22

İsveçrədə bir qadın iş yerində başına gələnlərin çarəsini nəhayət ki, tapıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ofisdə işləyən qadının kompüteri demək olar hər gün xarab olurmuş. Hər dəfə İT mütəxəssisləri gləəib prosesə müdaxilə edir, bir neçə gündən sonra isə eyni vəziyyət yaranırmış. Qadının otaq yoldaşı da bu mənzərəyə gülürmüş. 

Çarəsiz qadın məsələ ilə bağlı kompüter mühəndisi olan qonşusuna danışdıqda onun məsləhəti konkret olur: iş stoluna gizli kamera yerləşdir və məzuniyyətə çıx. Hər şey məlum olacaq. 

Qadın qonşusunun sözünə əməl edir və 15 günlük məzuniyyət götürür. İşə qayıdıb kameranı nəzərdən keçirdikdə isə hər şey ortaya çıxır: sən demə onun otaq yoldaşı tək qaldıqda kompüterə müdaxilə edir, faylları silərək zərərli proqram yazırmış.

İş yoldaşına zərər verən şəxsin işini komissiya araşdırır. Komissiyanın xərci isə zərər verən şəxsin maaşından tutulacaq.


Etiketlər:  Qadın otağına kamera qoydu dəhşətə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ