Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 21:48
Sentyabrın 22-də BMT Təhlükəsizlik Şurası Ukraynada "sülhün və təhlükəsizliyin qorunması" məsələsi ilə bağlı iclas keçirəcək.
Bu barədə cümə axşamı yayılan Təhlükəsizlik Şurasının sentyabr ayı üzrə iş proqramında deyilir.
Sentyabrda Fransa Təhlükəsizlik Şurasına sədrlik edir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin bir qədər əvvəl dediyi kimi, Rusiya Federasiyası Kiyev tərəfindən Zaporojye atom elektrik stansiyasının davam edən atəşə tutulması ilə əlaqədar Təhlükəsizlik Şurasının sentyabrın 6-da iclasının keçirilməsini xahiş edib.