Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

Tarix: 1 Sentyabr 2022 22:34

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.

Paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda sürücülük hüququ olmayan şəxsdən yol terroru Uşağı vuraraq öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ