Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 23:03
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur, hətta "Qarabağ" sözü də işlənilmir".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Ermənistan" blokundan olan deputat Andranik Tevanyan Brüssel danışıqlarının yekunlarını şərh edərkən deyib.
"Əgər biz əvvəllər Mişelin "Dağlıq Qarabağ" subyekti ifadəsini işlətmədiyini, "Qarabağın erməni əhalisi" dediyini və onların hüquqları və təhlükəsizlik təminatlarından danışması barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur", - Tevanyan vurğulayıb.