Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3-cü mikrorayon dairəsi istiqamətində bu 6 avtobusun hərəkəti dəyişdirilir

3-cü mikrorayon dairəsi istiqamətində bu 6 avtobusun hərəkəti dəyişdirilir

Tarix: 27 Sentyabr 2019 19:00

Bakı. Samir Əli - Trend:

3-cü mikrorayon dairəsi istiqamətində 6 avtobusun hərəkəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.

Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  mikrorayon dairəsi istiqamətində avtobusun hərəkəti dəyişdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ