Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:34
Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.
Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.
Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3400 meymunçiçəyinə yoluxma halı aşkar edilib.