Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpənin bütün barmaqları ət çəkən maşında qaldı

Körpənin bütün barmaqları ət çəkən maşında qaldı

Tarix: 3 Sentyabr 2022 16:58

Rusiyada Tomskda bir yaşlı uşaq anası onu ətçəkən maşınla tək qoyduqdan sonra körpə əlinin bütün barmaqlarını itirib.

Milli.Az bildirir ki, SHOT telegram kanalının məlumatına görə, 40 yaşlı qadına qarşı cinayət işi açılıb.

Tomskda şok hadisə baş verib. Ana kürü hazırlayıb və bir anda telefonu götürməyə çıxıb. Kiçik oğlu mətbəxdə qalıb, yanında isə elektriklə işləyən ətçəkən maşın olub. Uşaq cihazın düyməsini sıxıb. Qadın dərhal nə baş verdiyini anlayıb və mətbəxə qaçıb, orada isə uşağın əlini ətçəkən maşına endirdiyini görüb. Qışqırıqlara ata qaçaraq gəlib, böyük qızı isə təcili yardım çağırıb. Qadın ətçəkən maşından oğlunun 5 barmağının hamısını çıxarıb, onları xəstəxanada uşağın əlinə tikiblər.

Polisin dindirilməsi zamanı körpənin anası ətçəkən maşını işə salmadığına inandırsa da, ona qarşı cinayət işi başlanıb. Qadın ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinib. Məlumdur ki, valideynlər iki mərtəbəli evdə beş uşaq böyüdüblər, ailə yaxşı sayılıb və nəzarət orqanlarının nəzər sahəsinə düşməyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Körpənin bütün barmaqları çəkən maşında qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ