Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 12:26
Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında əsasən Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.