Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

London-Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib

London-Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib

Tarix: 5 Sentyabr 2022 08:30

"Malaysia Airlines" aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürəktutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Milli.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Milli.Az


Etiketlər:  London Kuala Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ