Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftçalada bir qrup fermer subsidiya ala bilmir - VİDEO

Neftçalada bir qrup fermer subsidiya ala bilmir - VİDEO

Tarix: 5 Sentyabr 2022 16:00

Neftçalada təsərrüfat sahibləri əkin üçün ayrılmış subsidiyanı ala bilmirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Neftçala rayonunun bir qrup sakinindən gedir.

Sakinlərin sözlərinə görə, neçə illərdir ki, əkdikləri məhsullar üzrə təyin olunmuş subsidiyaları rahatlıqla alıblar. Bu il isə bir manat da olsun verilməyib.

Sakinlər deyirlər ki, onların hər birinə müxtəlif səbəblər göstərilsə də, məsələ öz həllini tapmayıb.

Sakinlər onu da deyirlər ki, özlərinə aid olan vəsaiti almaq üçün  çıxarış olmalıdır. Çıxarış üçün lazım olan ödəniş isə onların büdcəsini aşır.

Neftçala Aqrar İnkişaf  Mərkəzindən "Xəzər Xəbər"ə bildirdilər ki, vətəndaşın əlində sənədi olmasına baxmayaraq onun məlumatları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazasında əks olunmalıdır: "Həmin məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Sistemdə olan məlumatlar düzgündürsə sakinin subsidiyası ödənilir. Problemi olan vətəndaşlara da bildirilib ki, həmin inteqrasiyanı təmin etməlisiniz. Lakin onlar bunu etməyiblər. Subsidiyanın kəsilməsinin səbəbi də budur".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Neftçalada bir qrup fermer subsidiya ala bilmir VİDEO


RƏYLƏR