Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 16:54
Hazırda ev həbsində olan Moldovanın eks-prezidenti İqor Dodonun evinin həyətyanı sahəsində terras yanıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İ.Dodon özü Teleqram kanalında məlumat yayıb.
"Bu gecə evimizin arxa həyətində terras yanıb. Yanğının səbəbi bəlli deyil. Gecə qısa müddətdə gələn və yanğını söndürən yanğınsöndürənlərə təşəkkür edirəm. Bu dəhşətli hadisənin aydınlığa qovuşması üçün mütəxəssilərin rəyini və çıxardığı nəticəni gözləyirik", - deyə o bildirib.
Qeyd edək ki, İqor Dodon korrupsiyada, partiyaların qanunsuz maliyyələşməsində, vətənə xəyanətdə şübhəli bilinir.