Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir?

Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir?

Tarix: 6 Sentyabr 2022 06:06

Protez dişlərdən istifadə edənlər qidaları çeynəmədən udduqları üçün yaxşı qidalana bilmirlər. Həmçinin artıq çəki alırlar.

İmmunitet.az xəbər verir ki, bu haqda türkiyəli stomotoloq Pertev Kökdemir bildirib.

İngilis elm adamları belə dişlərdən istifadə edənlərin yaxşı çeynəyə bilmədikləri üçün düzgün qidaları seçməklərini bildiriblər. Meyvə, tərəvəz, quru meyvələr və ət kimi qidaları istifadə edə bilməyən xəstələrin, sümük sınması və qırılması riskinin daha yüksək olduğunu bildirib.

Stomotoloq Pertev Kökdemir mövzu ilə bağlı açıqlama verib:

"Protez dişlərdən istifadə edənlər ilkin zamanlar buna çətinlik çəkirlər. Qidaları yaxşı çeynəyə bilmirlər, diri-diri udurlar. Belə qida vərdişi artıq refleks halını alır. Təbii ki, çeynəmə düzgün getmədiyindən həzm də normal olmur. Nəticədə isə qidalar fayda əvəzinə zərər verir. Bu zaman artıq çəki yaranır, həmçinin şəkər xəstəliyi qaçınılmaz olur".

Həkim damaq protezlərinin 5-10 il içində yenilənməsinin mühüm olduğunu vurğulayıb.


Etiketlər:  Protez dişlərdən istifadə edənlər üçün kökəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ