Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 14:54
Gürcüstanın cənubundakı Dmanisi rayonunun Orozmani kəndi yaxınlığında aparılan qazıntılar zamanı bir qrup arxeoloq daş alətlər, həmçinin yaşı 1,8 milyon il olan qədim insan dişi aşkar edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Dmanisi bələdiyyəsi meriyasının yaydığı məlumatda deyilir.
Orozmanidəki kəşf sübut edir ki, bu ərazi Afrika qitəsindən kənarda qədim insanın ən qədim yaşayış yeri olub.
Qeyd edək ki, bu ərazidəki qazıntılar 2021-ci ildə də aparılıb.