Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını döydü, maşını yandırdı və çılpaq şəkildə gəzintiyə çıxdı

Arvadını döydü, maşını yandırdı və çılpaq şəkildə gəzintiyə çıxdı

Tarix: 10 Sentyabr 2022 05:32

Rusiyada Altay diyarının Preqradinka kəndinin sakinləri küçədə çılpaq kişi görüblər.

Sonxeber.net bildirir ki, hadisə şahidlərinin çəkdiyi kadrları "Barnaul İnsident" Telegram kanalı yayıb.

Video müəlliflərinin sözlərinə görə, sentyabrın 7-nə keçən gecə rusiyalı kişi arvadını döyüb və maşını yandırıb. Övladları hadisənin şahidi olublar. Ertəsi gün kişi naməlum səbəbdən soyunaraq kəndi gəzməyə çıxıb.

Videoda göstərilib ki, Preqradinka sakini çılpaq şəkildə yol boyu gəzib və yoldan keçənlərə, eləcə də yoldan keçən maşınlara salam əlaməti olaraq əlini yelləyib. Hadisə şahidləri həmin şəxsin sərxoş olduğunu güman ediblər.

İrfan Vəliyev


Etiketlər:  Arvadını döydü maşını yandırdı çılpaq şəkildə gəzintiyə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ