Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:45
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hücumu nəticəsində 5 767 nəfərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner bildirib.
"Bu günə qədər biz 14 059 mülki insanın zərər çəkdiyini yoxladıq və təsdiqlədik. Döyüşlər nəticəsində 5 767 dinc sakin həlak olub, 8 292 nəfər yaralanıb. Biz dəfələrlə qeyd etmişik ki, faktiki rəqəmlər yəqin ki, bundan xeyli çoxdur", - Boqner deyib.
BMT missiyası həmçinin təsdiqləyib ki, ən azı 416 nəfər Rusiya tərəfindən işğal olunmuş ərazilərdə "əsassız həbs və zorla yoxa çıxmanın qurbanı" olub.
"Bunlardan (416 nəfər - red) 16 nəfər ölü tapılıb, 166 nəfər sərbəst buraxılıb. Biz həmçinin 51 əsassız həbsi və zorla yoxa çıxma kimi qiymətləndirilə bilən daha 30 hadisəni qeydə aldıq...)", - BMT missiyasının rəhbəri də əlavə edib.
Bundan başqa, hərbi əsirlərin saxlanmasında da bir sıra qanun pozuntuları qeydə alınıb.