Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə həmkəndlisinə xəsarət yetirən şəxs tutulub

Şəkidə həmkəndlisinə xəsarət yetirən şəxs tutulub

Tarix: 10 Sentyabr 2022 12:46

Şəkidə həmkəndlisinə kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun İkinci Biləcik kənd sakinləri olan Tərlan Qədirov və Nicat Rəfiyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı Nicat Rəfiyev üzərində olan kəsici alətlə Tərlan Qədirova xəsarət yetirib. Tərlan Qədirov aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli sayılan Nicat Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Şəkidə həmkəndlisinə xəsarət yetirən şəxs tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ