Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 11:40
"Almaniya Ukraynaya hərbi yardım göstərməkdə davam edəcək".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok Kiyevə səfəri zamanı "RTL" və "n-tv" telekanallarına müsahibəsində deyib.
"Ukraynanın şərqinə və cənubuna baxsaq, silah təchizatının nə qədər əhəmiyyətli olduğunu görürük. Xüsusən də bizim silah tədarükümüz sayəsində indi ayrı-ayrı şəhərləri azad etmək mümkün olub. Buna görə də biz növbəti bir neçə ay ərzində silah transferi vasitəsilə dəstəyi saxlamalıyıq"-deyə, nazir bildirib.