Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

II Elizabetin cənazəsi Edinburqa aparılır

II Elizabetin cənazəsi Edinburqa aparılır

Tarix: 11 Sentyabr 2022 14:08

Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır.

Milli.Az APA-ya istinadən bildirir ki, cənazənin olduğu tabut "Holyroodhouse"un Taxt Otağında - monarxın rəsmi Şotlandiya iqamətgahında saxlanacaq, saray işçiləri öz hörmət və ehtiramlarını göstərə biləcəklər.

Bazar ertəsi cənazə Edinburqdakı St Giles Katedralinə aparılacaq, ictimaiyyət tərəfindən baxılmasına bazar ertəsi saat 17:00-da icazə veriləcək.

13 sentyabrda tabut Edinburqdan Londona - Bakinqam sarayına aparılacaq, 14 sentyabrda isə "Westminster Hall"a gətiriləcək və zal 4 gün ərzində ictimaiyyətə açıq olacaq.

Dəfn mərasimi 19 sentyabrda gerçəkləşəcək.

Milli.Az


Etiketlər:  Elizabetin cənazəsi Edinburqa aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ