Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə yük maşını qəzaya düşdü

Şəkidə yük maşını qəzaya düşdü

Tarix: 11 Sentyabr 2022 22:02

Şəkidə yol qəzası baş verib, yaralılar var.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndində baş verib.

Belə ki, Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi "Qazel" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili aşırıb.

Hadisə zamanı sürücü Ziyad Əliyev xəsarət almasa da onun sərnişini 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Alıyev Pənah Əfqan oğlu aldığı bədən xəsarətlər ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Etiketlər:  Şəkidə yük maşını qəzaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ