Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qəribə hadisə: Qarğıdalı yeyən gənc öldü - Nişanlı idi

Azərbaycanda qəribə hadisə: Qarğıdalı yeyən gənc öldü - Nişanlı idi

Tarix: 12 Sentyabr 2022 20:50

20:46

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.

-------

12:00

Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Azərbaycanda qəribə hadisə Qarğıdalı yeyən gənc öldü Nişanlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ